Ukrayna: Hökumət binalarının ələ keçirilməsinin arxasında Rusiya dayanır
22:28 07.04.2014
Arxiv
799
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanı ölkəsinin şərqindəki etiraz nümayişləri də daxil olmaqla, şəhərlərdəki hökumət binalarının ələ keçirilməsini dəstəkləməkdə təqsirləndirib.
Bu gün Kiyevdə Kabinetin növbədənkənar iclasını keçirən Yatsenyuk ölkənin şərq vilayətlərində hökumət binalarının ələ keçirilməsinin arxasında Rusiya hökumətinin dayandığını deyib.
Donetsk, Luqansk və Xarkov şəhərlərində etirazlar bu gün də davam edib.
Maskalı etirazçıların partlayıcı fişənglər atdığı və iğtişaş polisinə müqavimət göstərdiyi Luqansk şəhərində nümayişçilər yürüş keçirib.
Əllərində "Ukrayna Rusiyadır” şüarı yazılmış plakatlarla yürüyən kütlə şəhərlərdə Rusiyanın tərkibinə keçmə və ya Ukraynanın tərkibində qalmağa dair referendum keçirilməsini tələb edib. Ötən ay buna bənzər referendum Krımda keçirilmişdi.
Baş nazir Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsi məlumatının həqiqət olmadığını və Rusiya qoşunlarının sərhəddən 30 kilometr məsafədə qərərgahlaşdığını deyib.
Ukraynalı rəsmilər Rusiya prezidenti Vladimir Putin və hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviçi şərqdə baş qaldıran iğtişaşları qızışdırmaqda və maliyyələşdirməkdə təqsirləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət