Ürək damarları xroniki tıxanır və qəfil ölüm baş verir - Sürətlə artır
14:06 23.11.2017
Arxiv
3043
"Ürək damarlarının xəstəlikləri, ürəyin zədələnməsi və ürək sinirlərinin xəstəlikləri fərqli təzahürlərə malikdir”.
Bu sözləri "Sherg.az”a son vaxtlar ürək damarlarının xroniki tıxanması nəticəsində baş verən qəfil ölüm hallarının artmasından danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib.
Onun sözlərinə görə, istənilən ürək xəstəliyi insan həyatı üçün təhlükəlidir:
"Çünki ürək əzələsi bir növ motordur və qanın bütün bədənə yayılması, qəbulu ilə bağlı bütün funksiya onun üzərinə düşür. Ona görə, ürəyin bütün xəstəlikləri təhlükəli sayılır.
Qəfləti ürək dayanmaları isə ürəyin elektrik dayanması ilə bağlıdır. Yəni ürəkdə elektrik mübadiləsi pozulur, ürək dayanması baş verir. Bu xəstəliyin səbəbləri tam aydın deyil. Olur ki, bir insan yolda hərəkət etdiyi zaman qəfil ürəyi dayanır və dünyasını dəyişir.
Ürəyin sinir sistemləri ilə bağlı da müxtəlif xəstəlikləri olur. Ürəyə impuls daxil olmasa, ürək yığılmaz. Bu kimi xəstəliklər də ürək problemlərini çoxaldır.
Ürək damarının pozulması, damar tıxanıqlığı, ürək qidalanmasının zəifliyi və s. problemlərə 35-40 yaşdan yuxarı insanların əksəriyyətində rast gəlinir. Bu yaşda xüsusilə ürək damarlarındakı problemlər ortaya çıxır. Belə xəstəliklərə illər öncə rast gəlinmirdi. Ürək damarlarında yaranmış problemlər infarkt, ürək dayanması kimi fəsadlar yaradır”.
Erkən yaşda insanlarda ürək xəstəliklərinin mövcud olmasına toxunan A.Qeybulla diqqətə çatdırıb ki, bunlar az hərəkətlilik, anormal qidalanma nəticəsində yaranır:
"İnsanlar günün ikinci yarısında çox qida qəbul edirlər, az hərəkətdə olurlar. Nəticədə damarlarda xolesterinin çökməsinə və tıxanmaya gətirib çıxarır. İdmana meyl yoxdur, qidalanma mədəniyyəti düzgün qurulmayıb, daxil olan kalori və sərf edilən kalori arasında düzgün balans yoxdur. Bütün bunlar erkən olaraq ürək damarlarında tutulmalara gətirib çıxarır”.
Uşaqlarda rast gəlinən anadangəlmə ürək xəstəliklərindən söz açan həkim vurğulayıb ki, körpələrdə olan ürək çatışmazlıqları da ürək dayanmalarına səbəb ola bilər:
"Ürəyin hansısa konkret xəstəliyi, damar problemləri, sinirlərdəki pozuntular ürək dayanmasına gətirib çıxara bilər.
Bu problemlərin aradan qaldırılması mümkündür. Lakin uşaqların əksəriyyəti bu xəstəliklərdən dünyasını dəyişir. Səbəb isə uşaqların vaxtında diaqnostikasının aparılmamasıdır. Valideynlər mütəmadi uşaqları həkimə göstərməlidir. Əgər pediatrın uşaqda hansısa ürək qüsurunun olması ilə bağlı şübhəsi varsa, dərhal exokardioqrafiya edilməlidir. Bu zaman artıq bir neçə qüsurun aşkara çıxması mümkündür. Qüsurlar artdıqca əməliyyatın riski də artır. İstənilən halda ürək çatışmazlığı müalicə olunmasa, əməliyyat aparılmasa bir müddət sonra uşaq dünyasını dəyişir. Ona görə, mütləq müayinə-müalicə aparılmalı, problem aradan qaldırılmalıdır”.
A. Qeybulla onu da əlavə edib ki, son vaxtlar xüsusilə ürək xəstəliklərinin yayılması narahatedici haldır:
"Bu gün sorğu aparsaq, xeyli cavan insanlarda ürək problemlərinin olduğunu görərik. Bu qədər erkən yaşda ciddi xəstəliklərin olması genefondun sağlamlığının təhlükə qarşısında olduğunu göstərir. Kütləvi idmanın olmaması, tənbəlləşmə, düzgün qidalanmamaq və s. ürək problemlərinin əsasında dayanır.
Siqaret çəkən, həddən çox alkoqol içkilər qəbul edən şəxslər də əksərən ürək problemlərinə yaxalanır. Xüsusilə, toylar, mərasimlər, müxtəlif yığıncaqlar axşam saatlarında təşkil edilir. İnsanlar ən çox bu saatlarda yağlı qidalar, spirtli içki qəbul edirlər. Nəticədə ürək əzələləri üçün potensial təhdid yaranır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya