Uşaqlarda erkən diş çürümələrinin qarşısını belə alın – PEDİATR MƏSLƏHƏTİ
07:27 27.09.2017
Arxiv
437
Erkən yaşda əksər uşaqlarda dişlə bağlı müəyyən narahatlıqlar olur. Yeni diş çıxaran uşaqlar xüsusilə bu dövrdə çox narahat olurlar. Həmçinin yeni çıxan dişlərin az müddət sonra bəzi uşaqlarda çürüməsi də müşahidə olunur. Bu isə onlarda bir çox narahatlıqlara səbəb olur. Bəs erkən diş çıxarma zamanı narahatlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır? Erkən diş çürümələrinin səbəbi nədir?
Bununla bağlı Ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, diş çıxararkən körpələr çox narahat olur: "Ağızdan çox su axır, uşaqlar əllərinə keçən hər şeyi ağızlarına salırlar. Həmçinin bu, onlarda yuxu problemi, qulaq qaşınması, diş əti qaşınması kimi hallarla özünü büruzə verir. Dişlər çıxdıqdan sonra bu əlamətlər itir. Bu dönəmdə damaq qaşıyıcıları, soyuq qaşıq, nəm və soyuq parça istifadə edilə bilər”.
Körpələrdə və uşaqlarda diş çürüklərinin qarşısını almaqla bağlı məsləhət verən pediatr xəbərdarlıq edir ki, karbohidrat (şəkər) tərkibli sular və əlavə qidalardan uzaq durulmalıdır: "Xüsusilə yatmazdan öncə uşaqlara şirin su, çay qətiyyən verilməməlidir. Körpənin qaşığı kiminləsə paylaşılmamalıdır. Əks halda zərərli bakteriyalar körpəyə keçər.
Analar uşağın əmziyini ağızda isladıb uşağa verməməlidir. Əmziyin bal, mürəbbə kimi qidalara batırılıb körpəyə verilməsi də yolverilməzdir. Şəkər dişi çürüdən zərərli bakteriyalar üçün qidalı mühitdir”.
G.Rəsulova deyir ki, uşaqlara, tərkibində rafinə şəkər olmayan təbii meyvə, tərəvəz, taxıllar, süd, pendir, qatıq və başqa süd məhsulları bol-bol verilməlidir. Mümkün olduqca şüşə yerinə fincan istifadə edilməli, əmzikdən uzaq durulmalıdır.
Uşaqlara barmaq əmmə, dırnaq yemə kimi zərərli vərdişlər tərgidilməlidir. Bundan başqa uşaqlarda diş təmizliyinə diqqət edilməlidir: "1 yaşdan aşağı uşaqların dişi yumşaq bir fırça və ya barmağa sarılmış yumşaq bintlə təmizlənilməlidir. 1-2 yaşlı uşaqların da dişləri fırçalanmalıdır. 2-6 yaş arası uşaqlar isə flor tərkibli diş fırçaları ilə gündə 2 dəfə dişlərini ailə üzvlərindən birinin nəzarəti ilə fırçalamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya