Vaqif Səmədoğlunun poeziya gecəsi keçiriləcək




Noyabrın 24-ü saat 19-da Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyində Xalq şairi Vaqif Səmədoğlunun poeziya gecəsi keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, tədbirdə şairin şeirləri səsləndiriləcək, piano və gitarada musiqi parçaları ifa olunacaq.

Poeziya gecəsi "Söz” ədəbi birliyinin təşkilatçılığı ilə keçirilir.