Vasitəçiləri bölgəyə gətirən səbəb var
06:13 29.09.2017
Arxiv
553
Prezidentlərin görüşünün real olub-olmadığı həmsədrlərin regiona səfərindən sonra bəlli olacaq
Oktyabr ayının birinci yarısında ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünü təşkil etmək üçün Ermənistana səfər edəcəklər. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.
Nyu-Yorkda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşə toxunan erməni nazir bildirib ki, görüşdə prezidentlərin görüşünün təşkili və həmsədrlərin regiona səfərinin qrafiki müzakirə olunub: "Həmsədrlərin səfərinin məqsədi prezidentlərin görüşünün təşkilidir”. Nazirlərin təmasını müsbət dəyərləndirən BMT-nin baş katibi Antonio Quterres prezidentlər arasında planlaşdırılan görüşün tərəflər arasında etimad yaradacağını deyib. Onun sözlərinə görə, əsas məsələlərlə bağlı kompromisin tapılması üçün siyasi iradə lazımdır. Müşahidə olunan odur ki, həmsədrlər prezidentləri bir araya gətirmək üçün ciddi səy göstərirlər. Ekspertlər isə hesab edirlər ki, düşmənin təcavüzkar və təxribatçı mövqeyi dəyişmədiyi müddətcə reallaşan istənilən görüş nəticəni verməyəcək.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, prezidentlərin görüş ehtimalının real olub-olmadığı həmsədrlərin regiona səfərindən sonra bəlli olacaq. Ekspert bildirib ki, vasitəçiləri bölgəyə gətirən səbəb Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü zamanı gündəmə gətirilmiş təklifləri sənədləşdirmək və münaqişə tərəflərinə təqdim etməkdir:
"Vasitəçilərin aktivliyi bununla bağlıdır. Münaqişə tərəflərinin liderləri onlara təqdim edilən təkliflərə münasibət bildirməlidir. Əgər təkliflər tərəflər üçün məqbul hesab edilərsə, prezidentlərin görüşü baş tuta bilər. Əks halda həmsədrlərin ortaya atdığı təkliflər geri çevriləcək və görüş reallaşmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya