Velosiped üzrə dünya çempionatının Bakıda keçiriləcək





Prezident İlham Əliyev Velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. "Sherg.az"ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılacaq.

Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov
Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov
Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov
Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov
Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev
-
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həllini öz öhdəsinə götürüb.