Dəmir yolunun köçürülməsinin turizmin inkişafı ilə heç bir əlaqəsi yoxdur
Vitse-spikerin təklifi aktual deyil
07:57 24.11.2017
Arxiv
744
Turistlər regionlara daha çox avtomobillərlə gedirlər
Dəmir yolunun köçürülməsinin turizmin inkişafı ilə heç bir əlaqəsi yoxdur
Dəmir yolunun köçürülməsinin turizmin inkişafı ilə heç bir əlaqəsi yoxdur
Milli Məclisin ötən günlərdə keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov deyib ki, Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir.
Onun sözlərinə görə, bu dəmir yolu birbaşa dəniz sahilindən keçir, Lənkəran və Astara şəhərlərinin dənizə çıxışını bağlayır: "Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dəniz sahilinə yaxın ərazilərdə infrastrukturun genişləndirilməsinə kömək etmiş olar. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq.
Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Bu, dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımından çox böyük addım olar”.
Maliyyə naziri Samir Şərifov da deputat Ziyafət Əsgərovun Bakı-Astara dəmiryolunun Astara və Lənkərandan keçən hissəsinin köçürülməsi barədə qaldırdığı məsələyə münasibət bildirib. O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən bu istiqamətdə iş aparılır: "Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti və İqtisadiyyat Nazirliyi bu sahədə işlər görür”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, təhlükəli vəziyyət yarandığı zaman magistral və ya dəmiryollarının köçürülməsi praktikası var: "Sadəcə, bu sahənin mütəxəssisi olmadığım üçün özülün yuyulmasının nə dərəcədə riskli olduğunu deyə bilmərəm. İqtisadi nöqteyi-nəzərdən isə onu deyə bilərəm ki, dəmiryolu vasitəsilə sərnişindaşımanın həcmi bir o qədər də çox olmadığı üçün bu sahə Azərbaycan turizmi üçün əlverişli deyil.
Amma fəaliyyətə başlaması gözlənilən Şimal-Cənub dəhlizi istiqamətində ciddi işlər görülür. Yükdaşımaların sürətinin artırılması, təhlükəsizliyinin sığortalanması üçün Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsinin köçürülməsi vacibdirsə, bu addım atıla bilər. Amma bunun birbaşa turizmin inkişafı ilə heç bir əlaqəsi yoxdur.
Ölkəmizə gələn turistlər regionlara səfər edən zaman dəmiryolundan çox avtomobil yolundan istifadə edir. Bunun da səbəbi bizdəki dəmiryollarının xaricdəki kimi sürətli olmaması ilə bağlıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya