Voleybolçularımız belçikalıları məğlub etdi





"Bakı 2015” yarışlarında qadın voleybolçularımız yer aldığı A qrupu çərçivəsində dördüncü oyununa çıxıb. Millimiz Belçika yığmasına qalib gəlməyi bacarıb. Komandamız ilk seti 25:21 üstünlüklə bitirsə də, ikinci setdə sevinən tərəf belçikalılar olub. Rəqibimiz 22:25 hesabı ilə seti öz xeyrlərinə başa vurublar. Yığmamız yenidən dördüncü setdə ( 25:20) qalib gəlsələr də, dördüncü setdə üstünlüyü əldən veriblər. Bu setdə Belçikalılar (25:25) seviniblər.Qarşılaşmanın taleyinə sonuncu setdə aydınlıq gəlib. Bu dəfə də Avropa Oyunlarında volleybolçularımız yenilməz olduqlarını sübut ediblər. Görüş 15:6 hesabı ilə voleybolçularımızın qələbəsi ilə başa çatıb.

Vüqar