X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb
17:05 30.07.2018
Arxiv
1070
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holding”in dəstəyi ilə iyulun 30-da Qəbələ şəhərində X Beynəlxalq Musiqi Festivalına start verilib.
Proqrama uyğun olaraq, saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə "Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, kamera konsertində gənc pianoçuların və musiqiçilərin ifasında Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən "Gənclərə dəstək” layihəsinin iştirakçıları olan 15 nəfər istedadlı musiqiçi maraqlı konsert proqramı ilə çıxış edib.
Bu gün axşam 21:00-da isə açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olacaq.
İyulun 31-də axşam saat 21:00-da X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya