Ermənistan artıq beynəlxalq təşkilatlarda öz mövqeyini qoruya bilməyəcək
Xaçaturov zərbəsi...
08:36 07.11.2018
Arxiv
849
Belarus nümayəndəsi KTMT-yə baş katib seçilərsə, Ermənistanın mövqeləri ciddi şəkildə zəifləyəcək
Ermənistan artıq beynəlxalq təşkilatlarda öz mövqeyini qoruya bilməyəcək
Ermənistan artıq beynəlxalq təşkilatlarda öz mövqeyini qoruya bilməyəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olunub. Qərarı KTMT Şurası qəbul edib. Təşkilatın rəsmi məlumatında qeyd olunub ki, qərarı Ermənistan tərəfi qəbul edib: "Müəyyən olunmuş qaydaya müvafiq olaraq, Ermənistan Respublikasının nümayəndəsi Yuri Qriqoryeviç Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatdı”. KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək.
Məlumdur ki, rəsmi İrəvan Yuri Xaçaturovun "1 mart” işində təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün onun geri çağırılması haqda qərar qəbul edib. Yuri Xaçaturova qarşı "Konstitusiya qanun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O, azadlığa girov əsasında buraxılıb. İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, seçim noyabrın 8-də KTMT Şurasının sessiyasında baş tutacaq. Təşkilatın reqlamentinə əsasən, baş katib mandatı Ermənistanda qalmalıdır. Vəziyyəti artıq Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da şərh edib. Onun sözlərinə görə, indi Ermənistanın baş katib mandatını özündə saxlayıb-saxlamayacağı məsələsi müzakirə olunur: "Əminik ki, bu funksiyanı həyata keçirə bilərik. Bizim kifayət qədər resursumuz var ki, namizəd irəli sürək. Marağımız ilk növbədə ondan ibarətdir ki, təşkilat effektiv olaraq qalsın”.
Ermənistanın quruma sədrlik mövqeyini qoruyub-qoruya bilməyəcəyi ekspert çevrələrində geniş müzakirə olunmağa başlayıb. Rəsmi Moskvanın kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirib. Kremldə hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət isə strukturun nüfuzuna xələl gətirib.
Mövzunu şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda Nikol Paşinyandan sonra ölkənin ənənəvi siyasi kursunda müəyyən qədər mərkəzdənqaçma meyilləri görsəndi. Onun sözlərinə görə, məhz Paşinyanın ilk hakimiyyət günlərindən KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açdırması təşkilata vurulan siyasi zərbə idi:
"Bunu etməkdə məqsəd Rusiyanın imicini korlamaq idi. Rəsmi İrəvan hesab edirdi ki, bununla Rusiyanın ölkəsinə qarşı təzyiqlərini önləyəcək və "müstəqil” dövlət kimi fəaliyyətini gücləndirəcək. Bununla bərabər, təşkilatlarda sözü eşidiləcək. Hakimiyyət eyforiyasında olan Paşinyan hesab edirdi ki, Rusiyanın təşkilatlarında inqilab edəcək. Ancaq proseslər tam əksinə getdi və Ermənistanın mövqeləri zəiflədi.
Xaçaturovun KTMT baş katibliyindən uzaqlaşdırılması və Ermənistanın nümayəndəsinin növbəti sədrliyə icazə verilməməsi rəsmi İrəvana Moskvanın növbəti zərbəsidir. Belarus nümayəndəsi KTMT-yə baş katib seçilərsə, Ermənistanın mövqeləri ciddi şəkildə zəifləyəcək. Çox güman ki, belə də olacaq. Ermənistan artıq beynəlxalq təşkilatlarda öz mövqeyini qoruya bilməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa liderləri Putinlə telefon danışığı apardılar
14:55 27.10.2026
Gündəm
Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb
14:44 27.10.2026
Sağlamlıq
Azərbaycanın milli birliyi dövlətimizin ən böyük gücüdür - ŞƏRH
14:41 27.10.2026
Gündəm
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
14:14 27.10.2026
Gündəm
ADSEA: Növbəti illərdə Qarabağ və Baş Muğan kanalları tikiləcək
13:41 27.10.2026
Sosial
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
13:28 27.10.2026
Futbol
Türkiyə ABŞ və Fransanın Qara dənizə hərbi keçidinə icazə vermədi
12:51 27.10.2026
Dünya
Sabaha olan hava proqnozu açıqlandı
12:41 27.10.2026
Ekologiya
Mirzoyan: Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas yoxdur
12:40 27.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
12:32 27.10.2026
Gündəm
Torpaqların alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
12:28 27.10.2026
İnfrastruktur
Rusiya Çubaysın 20 milyardını əlindən alır
11:57 27.10.2026
Dünya
Bakıda yeni park salınır - Foto
11:49 27.10.2026
Sosial
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
10:55 27.10.2026
Dünya