
Xalq şairindən Şəhriyarın büstünün dağıdılmasına SƏRT MÜNASİBƏT
12:59 20.11.2017
Arxiv
1264
Sabir Rüstəmxanlı: " Onun heykəlinə hörmətsizlik o cəmiyyətin vəhşiliyini, insanlıqdan uzaq olduğunu göstərir "
"Məhəmmədhüseyn Şəhriyar kimi nəhəng şairlərin, mütəfəkkirlərin siyasətdən, siyasi münasibətlərdən yüksəkdə dayanırlar”.
Bunu "Sherg.az”a İranda türk dünyasının Güney Azərbaycandan olan görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstünə edilən hörmətsizliklə bağlı danışarkən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, İranda hansı şəhərdə olmasından asılı olmayaraq, Şəhriyarın xatirəsi əziz tutulmalıdır:
"Məhəmmədhüseyn Şəhriyar həm fars, həm də türk dillərində gözəl əsərlər yazmış, dünya şöhrətli sənətkardır. Onun heykəlinə hörmətsizlik o cəmiyyətin vəhşiliyini, insanlıqdan uzaq olduğunu göstərir”.
Son vaxtlar İranda Azərbaycan türk milləti və onun tarixi şəxsiyyətlərinə qarşı təhqiramiz hərəkətlərin artmasına münasibət bildirən S.Rüstəmxanlı bu hadisələrin də səbəbini izah edib:

"Səbəb azərbaycanlıların "yatmasıdır”. Onlar öz haqqını müdafiə etmir, sözünü demir. İranda yaşayan azərbaycanlılar ana dili uğrunda mübarizə aparmadıqca ayaq altında qalacaq, təhqir olunacaq. Ona görə, millət özü səy göstərməlidir. İran əhalisinin yarıdan çoxu türkdür. Niyə öz hüquqlarını müdafiə edə bilmirlər?
Vəziyyətin dəyişməsi üçün imkanı xalq özü yaradır”.
Qeyd edək ki, yayılan görüntülərə əsasən, bir qrup naməlum şəxs zorakılıq nümayiş etdirərək şairin büstünü tanınmaz hala salıb.
Hadisənin hansı şəhərdə baş verməsi ilə bağlı dəqiq olaraq məlumat yoxdur, lakin görüntünü virtual aləmdə yayan mənbələr onun Məşhəd şəhərində baş verdiyini qeyd edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə