"Xalqı itaətsizliyə çağıran bu saytlar qanunazidd əməllərə yol verirlər" - Umud Rəhimoğlu
16:31 13.07.2018
Arxiv
653
"Müxtəlif dezinformasiyalar yayan saytlara dəstək göstərmək, vəsait xərcləmək əvəzinə, peşəkar medianın inkişafı istiqamətində addım atmaq lazımdır”.
Bunu "Sherg.az”a Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.
O qeyd edib ki, bu qüvvələr eyni dəst-xətti olan şəbəkə formasında fəaliyyət göstərir:
"Daha çox Azərbaycanın mənafeyinə zidd mövqedən çıxış edən , xalqı itaətsizliyə səsləyən bu saytlar qanunazidd əməllərə yol verirlər. Azərbaycan münaqişə şəraitində olsa da, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşsə də, torpaqlarının 20 faizi işğal olunsa da, təkbaşına bütün bu problemlərlə mübarizə aparır. Torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan ardıcıl siyasət yürüdür və hər gün addım-adım Qarabağımıza yaxınlaşırıq.
Bu prosesdə Azərbaycan mediası Azərbaycan xalqını həmrəyliyə, mütəşəkkilliyə, birliyə çağırmalı, vətəndaş təəssübkeşliyi göstərməlidir. Ona görə, dövlətçiliyimə zərər verən, müstəqilliyimizə ziyan vuracaq çağırışların, təxribat xarakterli addımların həyata keçirilməsi düzgün deyil. Biz bu cür qurumların fəaliyyətini pisləməliyik. Ölkəmizdə peşəkar onlayn və yazılı medianın dəstəklənməsinə böyük ehtiyac var. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik”.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir İES-də baş verən qəza və iyulun 10-u Gəncədə törədilən iğtişaşlar zamanı "nuraz.com", "abna.com", "aran.news", "qafqaz.ir", "rasthaber.com", "ru-clip.ru" kimi saytlar həqiqətə uyğun olmayan, milli maraq və təhlükəsizliyə zidd, cəmiyyətdə xaotik əhval-ruhiyyə yaradan təxribat xarakterli dezinformasiyalar tirajlayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat