"Xam məhsulların ixracını azaldıb, istehsala üstünlük verməliyik" - Təklif





"Azərbaycanda istehsal sənayenin güclənməsi iqtisadiyyatımızın inkişafından xəbər verir”

Bunu "Sherg.az”a neft məhsullarının istehsalının artması haqqında danışarkən iqtisadçı-ekspert Fuad İbrahimli bildirib.

Onun sözlərinə görə, ölkəmizdə eməledici sənayedə hər hansısa bir artımın olması sevindirici haldır:

"İstehsal artdıqca iqtisadiyyatın mənfəəti, həcmi, çəkisi artır. Yəni nə qədər emala üstünlük versək, iqtisadiyyatımızda bir o qədər sürətlə inkişaf əldə edəcək. İndiki dövrdə dünyanın aparıcı ölkələri hasilat və xam məhsulların ixracını azaldır. Və istehsala üstünlük verərək büdcə gəlirlərini artırır. Məncə, biz də iqtisadiyyatımızı bu cür qurmalıyıq. Əsasən də qeyri-neft sektorunda emaledici sənayenin inkişafını artırmalıyıq. 

Ümumilikdə ölkədə bu cür sənaye sahələrini gücləndirməliyik. Bunu etsək, iqtisadiyyatımızda yaxın vaxtlarda makroiqtisadi səviyyədə artım müşahidə edəcəyik”.


Qeyd edək ki, Azərbaycanda neft məhsullarının istehsalı artıb. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 2 092,6 mln. manat dəyərində neft məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6% artıb.

Kənan Eynuroğlu