Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin anım mərasimi keçirilib
17:20 18.01.2019
Arxiv
587
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, anım tədbirində ilk öncə qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü mübarizəsi tarixinin şanlı səhifəsi olan 20 yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib.
O bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələri heç bir xəbərdarlıq etmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.
L.Abdullayeva qeyd edib ki, sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.
L.Abdullayeva bu faciəyə ilk siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, 20 yanvar hadisələrinin indiyədək öz layiqli beynəlxalq hüquqi-siyasi qiymətini almadığını təəssüf hissi ilə qeyd edib. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Daha sonra Xarici İşlər Nazirliyinin ikinci avropa idarəsinin rəisi Eldar Səlimov çıxış edərək bildirib ki, 20 yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında çox önəmli xarakter daşıyır. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Azərbaycanın xarici siyasətinin əsas vəzifələrindən biri də 20 yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması, dünya informasiya məkanında bu faciənin əsl həqiqətlərinin üzə çıxarılmasıdır. O, qeyd edib ki, Azadlıq uğrunda mübarizə aparan 20 yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə
Lənət davam edir: 42 yaşlı nəvəsi də öldü
10:33 21.10.2026
Hadisə
Ebola bu ölkəyə də sıçradı
10:24 21.10.2026
Dünya