Xərçəngdən ölən dostlarını yem etdilər!

Onlar 72 kiloqram ağırlığında bir siyam sazanı tutdular
Birlikdə tətilə getmək üçün sözləşmişdilər. Lakin dostlardan biri xərçəngdən həyatını itirir. İki ingilis, ölən yoldaşlarının xatirəsini baxın necə yaşatdı..
İngilis mediasının xəbərinə görə, 64 yaşlı Ronnie Hopper, yoldaşlarıyla tətilə gedə bilmədi, o tutulduğu xərçəng xəstəliyinə məğlub oldu. Hopperin cəsədi isə vəsiyyətinə uyğun olaraq yandırıldı. Hopper ölümündən əvvəl yoldaşlarına külündən balıq tutan zaman istifadə etmələrini vəsiyyət etmişdi. 65 yaşlı Fairbrass və Dale de Tayland tətilləri zamanı bu arzunu reallaşdırdılar. Onlar özləri ilə götürdükləri külləri yemə qataraq 72 kiloqram ağırlığında bir siyam sazanı tutdular. Fairbrass hadisənin hekayəsini belə anlatdı: "Ronun gələ bilməməsi bizi xəyal qırıqlığına uğratdı, çünki çox istəyirdi. Təbii o balığı ovlayərkən yanımızda idi. Ronnieni gölün ən böyük balıqlarından birini ovlamaq üçün istifadə etmək bir qədər kədərli görünür.”