Xəzər rayonunda sudan sayğacdankənar istifadə halları aşkar edilib
13:45 17.06.2021
Arxiv
426
“Azərsu” ASC-nin sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, sudan qanunsuz istifadə əsasən bağ evləri və həyatyanı sahələrdə rast gəlinib. Nəzarət tədbirləri zamanı bəzi həyətlərdə su sayğaclarını yararsız hala salındığı, bəzi həyətlərdə isə quraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb.
2012-2014-cü illərdə Türkan qəsəbəsinin bir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bunlara baxmayaraq bəzi vətəndaşlar və sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmiş xətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatı sisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mm diametrli boru ilə əlavə qoşulma edib.
Buzovna qəsəbəsində bəzi ünvanlarda oxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə də bəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönəldilib.
Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 7 682, Xəzər rayonu üzrə isə 902 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 055 min kubmetr, Xəzər rayonu üzrə isə 217 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol