Xəzərdə İrana məxsus ticarət gəmisi batır





Xəzər dənizində İranın ticarət gəmisi batır.

Trend-in məlumatına görə, hadisə gəmidə deşik əmələ gəldiyindən baş verib. Hərbi Dəniz Qüvvələri xüsusi xilasetmə əməliyyatı keçirir.

HDQ-in məlumatında bildirilir: "İranın Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardımın göstərilməsi üzrə komandaları Şimal donanmasının dalğıc qrupu ilə birlikdə hal-hazırda hadisə yerindədir".