XİN başçısı: Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni çətinliklər yaradır
16:36 04.04.2019
Arxiv
389
Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaradır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.
Ermənistan müdafiə nazirinin səsləndirdiyi "yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir bildirib ki, bu cür yanaşma çaşqınlıq yaradır:
"Biz bu yaxınlarda Vyanada görüş keçirdik və "3+2” formatında bəyanat verdik, 3 saat keçəndən sonra isə Ermənistanın müdafiə naziri dedi: "Mənim formulam var: "ərazilər müqabilində sülh” yox, "yeni ərazilər uğrunda yeni müharibə”. Bu isə çaşqınlıq yaradır. Bir tərəfdən bizim əhvalımız müsbətdir, digər tərəfdən isə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, ilhaq siyasəti, separatçılıq beynəlxalq münasibətlərdə işləmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual