"Yağ təxminən 50-60 qəpik ucuzlaşa bilər" - Ciddi ucuzlaşma olmayacaq
09:48 10.11.2017
Arxiv
952
Qadir İbrahimli: "Azərbaycanda kərə yağı istehsalı və gətirilməsi konkret şirkətlərin monopoliyasındadır"
"Təəssüf ki, hökumət yağın qiymətini tənzimləmək üçün inzibati yollara əl atdı”.
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Qadir İbrahimli deyib.
O bildirib ki, idxal rüsumlarının azaldılması ciddi ucuzlaşma yaratmayacaq:
"Yağın qiymətində təxmini 30-40 faiz artım müşahidə olundu. Lakin yağ təxminən 50-60 qəpik ucuzlaşa bilər. Bundan çox ucuzlaşma baş verməyəcək. Hökumət problemi köklü şəkildə həll etmək istəmir. Azərbaycanda kərə yağı istehsalı və gətirilməsi konkret şirkətlərin monopoliyasındadır. Yağ idxalında rəqabət mühiti yoxdur.
Şirkətlər istədikləri qiyməti bazara diktə edir. Hökumət isə hələ ki, səbəbləri deyil, nəticələri aradan qaldırmağa çalışır. İdxal rüsumunu azaltmaqla qiymətləri aşağı salmaq səyləri effektiv yol deyil.
Düzdür, qiymətlərdə müəyyən fərq yarana bilər, ucuzlaşma olar. Lakin bütövlükdə götürdükdə yağın qiyməti yenə kifayət qədər bahadır. Qonşu ölkələrlə müqayisədə baha başa gəlir. Ola bilməz ki, ticarətçi gətirdiyi malın üzərinə iki qat qiymət qoysun.
Bütün dünya üzrə norma qəbul edilib ki, ticarət güzəştləri 8-10 faiz həcmində gəlir götürülür. Bundan yuxarı ticarət güzəştləri ancaq monopoliya şəraitində mümkün olur”.
Qeyd edək ki, iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov gələn ilin əvvəlində kərə yağının qiymətində eniş ola biləcəyini açıqlayıb. İqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə kənardan gətirilən kərə yağının idxal gömrük rüsumunun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət