İnsan Haqqları Təşkilatının yaydığı hesabatda İndoneziyada psixoloji narahatlığı olan 18 mindən çox xəstənin zəncirə vurulmuş halda yaşadığı açıqlandı.
İndoneziya mədəniyyətində ‘'Pasung'' adı verilən müalicə üsuluna görə, prixoloji narahatlığı olan adamlar ya ailələri tərəfindən, ya da ictimai və dini ‘'müalicə təşkilatları''nın nəzarəti altında zəncirə vurulmuş halda, insanlıqdan kənar şərtlərdə həyatlarını davam etdirirlər.
İnsan Haqqları aktivisti Yeni Rosa Damayanti "Pasung"u belə izah edir: ‘‘Pasung"un bir çox variantı var. Ailələr prixoloji narahatlığı olan yaxınlarını ya bağçadakı bir komada, ya da bir ağac kötüyünə zəncirlə bağlı olaraq saxlayırlar. Heç bir yerə hərəkət edə bilməyən bu xəstələr hər cür ehtiyacını iki metr diametrli bir sahədə etmək məcburiyyətindədirlər. Bir başqa variantda da ailələr xəstələrini ‘ruhani yaxşılaşdırıcılara', ya da təşkilatlara göndərirlər ki, xəstələrlə burada daha pis davranırlar'' deyə danışdı.
"Pasung" 40 ildir qadağan, amma...
"Pasung" ənənəninin İndoneziyada 1977-ci ildən bəri qadağan olunmasına baxmayaraq, ölkənin bəzi yerlərində bu müalicə üsuluna göz yumulur. İnsan Haqqları Təşkilatının hesabatında 250 milyon əhalisi olan ölkədə prixoloji problemli xəstələr üçün yalnız 48 müalicə təşkilatının olması Pasung ənənəninin davam etməsinin səbəblərindən biri olduğu vurğulandı.
İndoneziya xalq inançına görə, psixoloji xəstəliklər ailələrin etdikləri pisliklər səbəbiylə ‘‘şeytanın işi'' olaraq qiymətləndirilir. "Pasung" ənənəsi həm müsəlman, həm də xristian inanc qrupları arasında qəbul görüb, tətbiq olunur.
Cianjur bölgəsində Kampung ChiRanjang adlı xüsusi dini bir müalicə mərkəzi işlədən ruhani Haji Hamdan Saiful Bahri ona göndərilən 13 yaşlı bir uşağın xəstəliyini necə yoxladığını izah edir:
- Xəstəliyinin nə olduğunu anlaya bilmək üçün başına, ayaqlarına, sinəsinə toxunaraq rentgenini çəkdim. Qışqırmağa başladı. Anladım ki, depresiyası var.(Milliyet.com)
Haji Hamdan Saiful Bahri, xəstələri bazara aparan zaman, ya da futbol oynayarkən üşüyəndə onların vəziyyətlərinin yaxşılaşmış olduğunu söyləyir.