"Yanlış əməliyyat aparan həkimə ödənilən pul qaytarılmalıdırmı ?
12:15 15.11.2017
Arxiv
738
"Xəstə və xəstə yaxınları həkimdən narazı olduğu təqdirdə, ödənişin qaytarılması qanunvericiliklə tənzimlənməlidir”.
Bunu "Sherg.az”a həkim Zəlimxan Məmmədli deyib.
O bildirib ki, diaqnoz tam qoyulmamış, əməliyyat aparmaq olmaz:
"Bəzən xəstələr iddia edir ki, həkim yanlış əməliyyat aparıb. Lakin müasir tibbi texnologiyaların da inkişaf etdiyini nəzərə alsaq, dəqiq diaqnoz qoyulmadan xəstəni yarıb, sonra tikmək olmaz. 21-ci əsr insanı həkimə gedir ki, narahatlığı aşkar edib, müalicə etsinlər. Əgər səhlənkarlıq varsa, bu sübut olunarsa, diaqnoz düzgün qoyulmazsa, müasir metodlardan istifadə olunmadan, subyektiv mülahizələrlə əməliyyatların olunması yanlışdır. Xəstə hər istədiyində ödədiyi pulun qaytarılması həyata keçirilə bilməz. Hüquq nəyi nəzərdə tutursa, onu etmək lazımdır. Məhkəməyə müraciət etmək vacibdir. Əgər həkimin səhvi sübuta yetirilərsə, məhkəmə qərar verərsə, xəstəyə və ya xəstə yaxınlarına dəyən mənəvi təzminat ödən ilməlidir”.
Qeyd edək ki, Laçından olan məcburi köçkün Səmiyyə Hüseynova, Bakı Medikal Plazadan və orada ürək cərrahı işləyən həkim məşhur kardioloq Üzeyir Rəhimovdan şikayətçidir. Səmiyyə xanım bildirib ki, oktyabrın 20-də həyat yoldaşı Zakir Hüseynovu ürəyində yaranan problemlə bağlı klinikaya aparıblar. Elə həmin gün də 64 yaşlı Zakir Hüseynov orada Üzeyir həkim tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan sağ çıxmayıb.
Biləcəridə 1 otaqlı yataqxana binasında məskunlaşan məcburi köçkün Səmiyyə xanım deyir ki, yoldaşının əməliyyat üçün Bakı Medikal Klinikaya ödədikləri pulu borc-xərc kimi toplayıblar. Həkimin və xəstəxana işçilərinin onunla çox kobud rəftar etdiyini diqqətə çatdıran şikayətçi ödədiyi pulun geri qaytarılmasını tələb edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə