Yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub
21:19 13.04.2014
Arxiv
536
İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi Bəhruz Zae Mirzae Trend-ə bildirib ki, yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar.
Onun sözlərinə görə, yanğın nəticəsində ciddi xəsarət alanlar arasında azərbaycanlılar yoxdu, ancaq 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb.
Mirzae bildirib ki, pasportu yanmış şəxslərin vətənə qayıdması üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə müvafiq işlər görülür.
İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, Azərbaycanlı zəvvarlar üçün avtobus tutulub və yaxın zamanda onlar Azərbaycan sərhədini keçəcəklər.
Qeyd edək ki, azərbaycanlı zəvvarlarının da olduğu İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib ki, 41 nəfər xəsarət alıb. Bu barədə Trend İSNA agentliyinə istinadən məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.
*****
14:18
Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb. Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Derəxşan deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi