YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib
17:13 11.04.2018
Arxiv
2773
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb.
Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib".
Ə. Əhmədov növbəti 7 ilin Azərbaycanda inkişafın yeni mərhələsi olacağını qeyd edib: "İlham Əliyevin müəyyənləşdirdiyi strategiya sayəsində genişmiqyaslı hökumət planı işlənib hazırlanacaq. Azərbaycan bütün sahələrdə inkişaf edəcək və dünya birliyində mövqeləri güclənəcək. İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir və mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm