Yaşayış binasındakı partlayışda yaralananlar Bakıya gətirildi

Yaralılardan 2-si uşaqdır





Sumqayıtda yaşayış binasında baş verən partlayış zamanı xəsarət alanlar Bakı şəhəri Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, partlayış zamanı xəsarət alanlardan Bazurova Kristina ( 1986) və Qədəşova Svetlananın ( 1963) vəziyyəti ağır olaraq qalır. Yanıq Mərkəzinin uşaq şöbəsinə yerləşdirilən Bazurov Vladimir (2007) və Bazurov Zaur (2006) adlı azyaşlıların vəziyyəti isə normal olaraq qiymətləndirilir. Ambulator müayinə olunan Əliyev Pənah (1947) isə evə buraxılıb.
***
11:52
Sumqayıtda yaşayış binasında baş verən partlayışda yaralanan 5 nəfərdən birinin vəziyyəti ağırdır, qalan xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir. Şəhər Təcili Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, yaralananlardan 2-si uşaq, 3-ü böyükdür.
11:34
Sumqayıtda yaşayış binasında partlayış olub.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.
Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.