Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."
09:42 03.01.2019
Arxiv
532
Azərbaycanda yas yerindən selfi edən xanımın videosu sosial şəbəkələrdə trendə çevrilib.
Vətəndaşlardan biri anasının yas yerindən selfi edib və deyib: "Qoy duysun hamı. Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”
AZXEBER.COM hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.
O hadisənin təfərrüatını danışıb.
- Necə oldu ki, bacınız yas mərasimində "selfi" çəkmək qərarına gəldi?
- Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də denyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə o burada olmadığı üçün özünü günahkar hesab deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu heç də günah deyil.
- Bəs necə oldu ki, video bu qədər geniş yayıldı?
- Videonu hansısa vicdansız, hansısa qeyrətsiz yayıb. Biz bunu axtarırıq, artıq məsələ ilə bağlı bütün qurumlara məlumat verilib, onlar araşdırma aparır. Biz hələ də bilmirik ki, videonu kim yayıb, kim paylaşıb. Bu ilk olaraq "vatsap"da yayılıb, sonra isə "facebook" və "instagram"da paylaşılıb. Kimin etdiyini isə bilmirəm, ancaq mən bu işin sonuna qədər gedəcəm və o adamı tapıb, cəzalandıracam.
- Ola bilərmi ki, bu videonu göndərdiyiniz adamın özü yayıb?
- O adam bizim yaxın qohumumuzdur, mənim nənəmdir. O necə yaya bilər? Mən özümdən çox ona inanıram, o yaymayıb.
- Sosial şəbəkələrdə bu "selfi"yə görə ailənizi tənqid etdilər. Bu haqda nə deyə bilərsiz?
- Hansısa şərəfsiz bu videonu yayıb, başqa şərəfsizlər də yazıb ki, guya mənim bacım bunu reytinq xatirinə edib. Görəsən, bunu edənlərin Allahı yoxdur, onların yaxınları ölməyib? Adam da anasının ölümündən reytinq qazanar? Mən hər birindən şikayət etmişəm və bizi söyənlər cəzalarını alacaqlar. Bu reytinq xatirinə edilməyib, sadəcə xaricdə yaşayan qohumumuza göndərilib ki, sakitləşsin.
- "Selfi" çəkən xanım bu video bu qədər geniş yayılandan sonra özünü necə hiss edir?
- O ananın ölümü psixoloji sarsıntı keçirmişdi, bu da ona növbəti zərbə vurdu. Hələ də özünə gələ bilmir. Bilmirik ki. anamıza ağlayaq, yoxsa hansısa vicdansız bu hərəkətinə.
- Son olaraq nə demək istərdiz...
- Mən sizin sayta minnətdaram ki, bu məsələni birtərəfli vermədiz. Bunu reytinq xatirinə yayanları isə Allaha tapşırmışam.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət