Yazıçı gileyləndi: "Hər şey bir-birindən asılıdır, bir-biriylə bağlıdır"




"Kitab bazarında vəziyyət uzun müddətdir ki, yaxşı deyil”.

Bunu Sherg.az-a "rayon və kəndlərdə kitab mağazaları yoxdur" iddiasından  danışarkən tanınmış yazar Cəlil Cavanşir deyib.

 O bildirib ki, nəinki rayonlarda, hətta böyük şəhərlərdə belə kitab mağazası yoxdur:

"Bölgələrdə kitab mağazaları açmazdan öncə kitabların münasib qiymətə nəşr olunması və satışa çıxarılması vacibdir. Bu məsələdə hər şey bir-birindən asılıdır, bir-biriylə bağlıdır. Ümid edirəm, gec-tez aidiyyatı qurumlar bu barədə düşünəcək”.

Bəzi təşəbbüsçülərin "rayon camaatının kitaba marağı yoxdur” fikrinə gəlincə, C. Cavanşir qeyd edib ki, həm maraq yoxdur, həm də qiymətlər çox bahadır:

"Kitab daha ucuz qiymətlərlə təqdim olunsa, maraq yaratmaq mümkündür”.

Aysel Aslan