"Həmin şəxslər insanları özü haqqında danışdırmaq üçün başqa vasitə bilmir, istedadı, bacarığı, gücü o səviyyədə deyil"
Yazıçı Pərvin bəzi yazarlara ədəb "dərsi keçdi: "...Özünü ağıllı göstərmək..."
15:39 26.09.2017
Arxiv
1485
"Sənin milləti tənqid etməyə hüququn varmı?
"Həmin şəxslər insanları özü haqqında danışdırmaq üçün başqa vasitə bilmir, istedadı, bacarığı, gücü o səviyyədə deyil"
"Həmin şəxslər insanları özü haqqında danışdırmaq üçün başqa vasitə bilmir, istedadı, bacarığı, gücü o səviyyədə deyil"
"Yazıçılar nə deməkdən daha çox necə deməyə önəm verməlidirlər"
"Gənc yaşlarından 3-5 şeiri, hekayəsi dərc edilən şəxslərə yazıçı, şair demək böyük səhvdir”.
Bunu "Sherg.az”a bəzi "şair və yazıçıların" sosial şəbəkələrdə bayağı, yazıçı adına layıq olmayan, cəmiyyətin ruhuna, vicdanına zidd olan, insanlarda qıcıq doğuran açıqlamalarla çıxış etməsinə münasibət bildirərkən yazıçı Pərvin deyib.
O bildirib ki, kimliyindən asılı olmayaraq bir insan özünü bu millətin nümayəndəsi hesab edirsə, öz davranışı, əxlaqı, dünyagörüşü, mədəniyyəti, savadı ilə xalqa fayda verməyə çalışmalıdır:
"Bu, yazıçı olmur, kim olur olsun. Eynilə həkimlər və digər peşə sahibləri də işlərində, davranışlarında diqqətli, həssas olmalıdır. Amma deyim ki, belə hallar yalnız yazıçılarla bağlı deyil. Guya bütün həkimlər işlərində vicdanlıdırmı? Sözsüz ki, hər sahənin bu cür problemləri var.
Doğrudur, yazıçılardan bütün millətin problemlərinin həllini gözləmək yanlışdır. Sadəcə, insanlar buna alışıb ki, yazıçı millətin sözünü deyən, car çəkən insan olub. Lakin indi elə şərait yaranıb ki, sosial şəbəkələr, internet elə vəziyyət yaradıb ki, hər insan problemi qaldırıb, müzakirələr aça bilər".
Millətin çatışmazlığını və səhvlərini deməyə, ironiya ilə yanaşmağa gəlincə, Yazıçı vurğulayıb ki, yazıçılar nə deməkdən daha çox necə deməyə önəm verməlidirlər:
"Yaxşı yazıçı, böyük istedad sahibi istənilən mövzuda əsər yaza bilər. Əsas odur ki, bu əsəri necə yazır. Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən çox bu millətin dərdini, faciəsini, naqisliyini, çatışmazlığını yazan olmayıb. Mirzə Cəlil, Sabir millətini sevmirdi? Əlbəttə ki, məndən də, sizdən də çox sevirdi. Sadəcə məsələ bunu necə deməkdədir.
Özlərinə şair, yazıçı deyənlər sosial şəbəkədə nalayiq davranışlara yol verirsə, milləti haqqında xoş olmayan sözlər deyirsə, burada məsələ daxili əxlaq, vicdan və daha çox gördüyü problemləri necə ifadə etmək bacarığındadır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir və başqaları öz millətlərini tənqid etməyin də yolunu bilirdilər.
Digər tərəfdən sənin milləti tənqid etməyə hüququn varmı? İnsanın özündə daxili senzura olmalıdır. Daxilən hər kəs anlamalıdır ki, mənim bu məsələyə münasibət, etiraz bildirməyə hüququm çatırmı? Yoxsa sadəcə sosial şəbəkədə 3-5 dostunu ətrafına yığıb, özünü ağıllı göstərmək üçünmü bunu edirsən?
Bu problemlər tək yazıçı, şairlərə aid deyil. Ümumiyyətlə, millətin problemləridir. Mən bu gün tələbələrimlə dərs keçirdim. Onlara deyirəm ki, siz sosial şəbəkədə yediyiniz yeməyi, öz dostunuzu sosial şəbəkədə reklam etməklə, şəklini çəkib yaymaqla nə əldə edirsiniz? Bundan hansı mənəvi zövqü almaq olar, axı ? Sadəcə düşünürəm ki, bu, bir axındır, "boom”dur. Birdən birə nə isə dəbə minir, sonra isə dəbdən düşür. Gənc yaşlarından şairlərin, yazıçıların əndrabadi nələrsə düşünüb, diqqətdə olmaq arzusu təbiidir. Həmin şəxslər insanları özü haqqında danışdırmaq üçün başqa vasitə bilmir, istedadı, bacarığı, gücü o səviyyədə deyil. Ona görə, belə şou, qalmaqal xarakterli addımlar atır. Düşünürəm, yaş artdıqca, zamanla belə hallar yerini daha ciddi ədəbiyyata verməlidir”.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya