Yazıçıdan səfirlərimizə çağırış: "Mütəfəkkirlərimizlə maraqlanıb, tədbir görün!"
12:17 21.11.2017
Arxiv
1059
Nəriman Əbdülrəhmanlı: "Azərbaycan mütəfəkkirlərinə qarşı edilən hörmətsizliyə reaksiya verməli, ictimailəşdirməlidirlər"
"İranda Şəhriyarın büstünün, Dağıstanda Nizaminin parkının dağıdılması hadisələri arasında bağlılıq axtarmaq istəməzdim”.
Bunu "Sherg.az”a yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı deyib.
O bildirib ki, bu cür hadisələrin baş verməsi çox mənfi vəziyyətdir:
"Görünür, həmin ictimaiyyətlərin Azərbaycanla bağlı düşüncələrini dəyişmək üçün az işlər görülür. Azərbaycan mütəfəkkirlərinin, elm və ictimaiyyət nümayəndələrinin həyat və yaradıcılığı haqqında insanlar az məlumata malikdir. Bu cür məsələlər həmin ölkələrdə olan səfirliklərimizin nəzarətində olmalıdır. Onlar məşğul olmalı, Azərbaycan mütəfəkkirlərinə qarşı edilən hörmətsizliklərə reaksiya verməli, ictimailəşdirməlidirlər. Səfir olduğu ölkələrin müvafiq orqanlarına, Daxili İşlər Nazirliyinə, təhlükəsizlik strukturlarına, hökumətə çatdırmalıdırlar.
Düşünürəm ki, dünyada azərbaycanlılara qarşı bu cür münasibət bəsləndiyini iddia etmək düzgün olmaz. Ola bilər ki, həmin ölkələrdə dövlətlərarası münasibətlərə zərər vurmaq istəyən müvafiq qurumlar var.
Ümid edək ki, həmin ölkələrdəki səfirliklərimiz bu məsələlərlə maraqlanıb, müvafiq orqanlara çatdırıblar. Belə hadisələrin qarşısını almaq və təkrarlanmasını önləmək üçün tədbirlər görülməlidir”.
Qeyd edək ki, Dərbənddə yerləşən Nizami parkında vandalizm aktı baş verib. Belə ki, parkda əkilmiş şam ağacları çıxarılıb aparılıb, skamyalar sındırılıb, ətrafa xeyli zibil töküblər.
Bundan başqa şairin heykəlinə də ziyan vurulub. Heykəlin barmaqları sındırılıb.
Xatırladaq ki, ötən gün İranda türk dünyasının Güney Azərbaycandan olan görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstünün dağıdılması məsələsi də gündəmə gətirildi. Yayılan görüntülərə əsasən, bir qrup naməlum şəxs zorakılıq nümayiş etdirərək şairin büstünü tanınmaz hala salıb.
Hadisənin hansı şəhərdə baş verməsi ilə bağlı dəqiq olaraq məlumat yoxdur, lakin görüntünü virtual aləmdə yayan mənbələr onun Məşhəd şəhərində baş verdiyini qeyd edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə