Bir-bir yoxlasaq, icra başçılarının hamısının avtomobilinin nə qədər ödənməmiş cərimələri aşkar olunar
Yol hərəkəti qaydasını pozan vəzifəlilər cərimələrini ödəməlidir
21:15 27.09.2017
Arxiv
358
Bu cür məlumatlar ictimailəşdirilməlidir ki, digərləri də dərs çıxarsınlar
Bir-bir yoxlasaq, icra başçılarının hamısının avtomobilinin nə qədər ödənməmiş cərimələri aşkar olunar
Bir-bir yoxlasaq, icra başçılarının hamısının avtomobilinin nə qədər ödənməmiş cərimələri aşkar olunar
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
"Report”a istinadən verilən məlumata görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır. Belə ki, A.Alışanova məxsus 99-AA-100 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser” markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə məsələ ilə "Şərq”ə açıqlamasında deyib ki, Arif Alışanovun xidməti avtomobilinin cərimə meydançasına aparıldığına dair yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Amma istənilən halda vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillər yol hərəkəti qaydalarının heç birinə əməl etmirlər:
"Təsdiq edilmədiyi üçün Arif Alışanov məsələsi ilə bağlı bir söz deyə bilmərəm. Amma bir vaxtlar ATV kanalının sabiq vitse-prezidenti Rauf Dadaşovla yol polisi arasında yaşanan gərginlik fonunda bu cür insanların özlərini qanundan belə yüksəkdə gördüklərini deyə bilərəm. ATV-nin sabiq prezidenti Vüqar Qaradağlının qaynı olan bu şəxs yol hərəkəti qaydalarını pozduğu üçün avtomobili cərimə meydançasına aparılıb. Sözügedən şəxs isə cəriməsini ödəmək əvəzinə yol polisinə zəng edib ki: "avtomobili haradan götürmüsünüz, qaytarıb yerinə qoyun”.
Yol Polisi də haqlı olaraq ancaq cərimənin ödənəcəyi halda avtomobilin cərimə meydançasından çıxarılacağını bəyan edib.
Görün, adi bir kanalın vitse-prezidenti necə harınlayıb ki, qanun-qadağanı da saymır. Halbuki o adamın iş-gücü ancaq artistlərlə, müğənnilərlə oturub durmaqdır. Nə ictimai çəkisi, nə də cəmiyyətdə nüfuzu var. İstədiyinə də nail olmayanda isə gecə ilə ATV-nin efirində yol polisi əleyhinə iki material hazırlatdırdı. ATV də elə məhz bu təfəkkürdə olan insanların güdazına getdi”.
E.Muradlının sözlərinə görə, bir çox hallarda qanuni tədbirlər görən yol polisi əməkdaşları işindən belə olur, yaxud da töhmət alır. Səbəb isə hansısa pullu və "day- dayı”lı sürücünün quyruğuna basması olur:
"Amma artıq o günlər geridə qaldı. Bu cür problemlərin həlli ilə bağlı xüsusi göstəriş var ki, heç kimə güzəşt etmədən qanun tələbi yerinə yetirilməlidir. Bir-bir yoxlasaq, icra başçılarının hamısının avtomobilinin nə qədər ödənməmiş cərimələri aşkar olunar. Ona görə də bu cür məlumatlar ictimailəşdirilməlidir ki, digərləri də dərs çıxarsınlar. Hər bir Azərbaycan vətəndaşı qanun qarşısında eyni hüquqa sahibdir. Heç toxunulmazlıq hüququ olan deputatın, ombudsmanın belə yol hərəkəti qaydalarına məhəl qoymamaq kimi bir ayrıcalığı yoxdur. Onların şəxsi həyatı toxunulmaz ola bilər, amma sükan arxasında olan zaman yol hərəkəti qaydalarının hər bir tələbinə uyğun qaydada hərəkət etməlidirlər. Hesab edirəm ki, ictimai qaydanı pozan vəzifəli şəxslərə qarşı güzəştsiz addımlar atılsa, zamanla problem öz həllini tapacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya