Yol polisi ilə söhbətin videosunu yaydı, cəzası daha da ağırlaşdı
12:41 22.04.2014
Arxiv
515
Bakıda yol polisi ilə zarafatlaşmaq sürücüyə baha başa gəlib. Həmin söhbətin videosunu yaymağı isə onun cəzasını daha da ağırlaşdırıb. Bir neçə gün öncə sürücünün yol polisi ilə mübahisə etdiyini göstərən video yayılmışdı. Həmin videoda yol polisi sürücüdən sənəd tələb etdiyi bir halda, sürücü ilk olaraq polisin özünü təqdim etməyini emosional şəkildə tələb edirdi.
Həmin görüntülər ölkə mətbuatında yayıldıqdan bir neçə gün sonra sürücü Kamil Əsgərov Suraxanı rayon 32 polis bölməsinə çağırılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb.
İndi yol polisi ilə mübahisə edən sürücünü ən yaxşı halda pul cəriməsi, ən pis halda isə 5 günlük həbs cəzası gözləyir.
İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur. Bu qayda pozuntularını törədən şəxs əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Suraxanı Rayon Məhkəməsinin sürücü Kamil Əsgərov barəsində nə qərar çıxaracağı bu gün saat 13:30-da məlum olacaq./aznews.az/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət