Yol polisi reyd keçirdi: Qayda pozanlar inzibati məsuliyyətə cəlb ediliblər
12:23 15.07.2018
Arxiv
459
Baş Dövlət Yol Polisinin (BDYP) Sabirabad yol polisi bölməsinin 12-ci taqımı növbəti dəfə sərxoş, yükdaşıma və kobud qayda pozan sürücülərə qarşı reyd keçirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı hərəkətin intensiv olduğu Hacıqabul-Bəhrəmtəpə magistralında təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Reydlə bağlı Sabirabad yol polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi həm də nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparmaq olub. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə izah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürməməli, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə avtobusu saxlamamalıdırlar. Havanın isti olmasını nəzərə alaraq sürücülərə və sərnişinlərə yola çıxmamaları barədə tövsiyələr edilib. Həmçinin yükdaşımalar zamanı normadan artıq yüklərin daşınması qəza vəziyyəti yaratmaqla bərabər oxa düşən yükün normadan artıq olması yolların sıradan çıxmasına da səbəb olması barədə yük avtomobillərinin sürücülərinə izah olunub. Bir neçə sürücü barəsində inzibati protokollar tərtib edilib, sürücülük vəsiqəsi olmadan idarə olunan avtomobillər duracağa yerləşdirilib. Reyd zamanı polis əməkdaşları tərəfindən bəzi sürücü və sərnişinlərə postlarda olan imkanlar daxilində yardımlar edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol