Yol polisini videoya çəkənlər cəzalandırılacaqlar
15:18 02.02.2019
Arxiv
372
Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar.
"Sherg.Az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib.
O bildirib ki, sürücülər polis əməkdaşlarının saxla əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar:
"Polis əməkdaşları yalnız yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda Daxili İşlər Orqanlarının digər polis əməkdaşları kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.
Təəssüf ki, bəzi sürücülər bu məqamı unudur və yol polisinin işinə çətinlik yaratmağa çalışır. Polisin "saxla” əmrinə qarşı çıxan, icazəsiz həmin an çəkiliş aparan və ya tabesizlik göstərərək əməkdaşlarımızın videosunu çəkərək sosial şəbəkələrdə paylaşan sürücülər məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən bütün sürücülərə xəbərdarlıq edirik ki, qaydalara riayət etsinlər”.
R.Quliyev bu barədə İnzibati Xətalar Məcəlləsində yer alan məqamı da diqqətə çatdırıb:
"Müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirməməsinə görə, qarşı tərəf məsuliyyətə cəlb olunmalıdır. Həmin sürücülər avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsi ilə qeydə alınan görüntüləri sosial şəbəkələrdə paylaşmaqla "qəhrəmanlıq” sərgilədiklərini düşünsələr də, bu qanunun tələblərini dəyişmir. Sürücü müvafiq qaydada sənədləri polis əməkdaşına təqdim etməli, zərurət olduğu halda polisin tələbi ilə avtomobili də tərk etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region