"YouTube" ilə varlanmağın gizli yolları – Yutuberlər bu qədər qazanır?
19:31 18.03.2021
Arxiv
858
Çoxları pul qazanmaq üçün xeyli fiziki əmək sərf etsə də, bəziləri buna bir neçə klik hesabına sosial şəbəkələr vasitəsilə nail olur. Onlar arasında əsas seqmenti blogerlər, yutuberlər tutur.
Bəs YouTube-dan pul qazanmaq üçün hansı əsas şərtlərə əməl etmək lazımdır?
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial media üzrə mütəxəssis Türkan Əkbərovanın dediyinə görə, çoxlarına inanılmaz gəlsə də, Youtube portalı vasitəsilə çox rahat və asan pul qazanmaq mümkündür: "Məsələn, son dövrdə uşaqlar arasında populyarlıq qazanan "Like Nastya" kanalının abunəçilərinin sayı 70 milyonu ötüb ve illik gəliri 22 milyon dollardır. Bu gəlir sadece balaca qızın atası ilə əyləncə videolarından əldə edilir. Çünki videoların izlənmə sayı bəzən 500 milyonu ötüb. Amma Azərbaycanda belə izlənmə rekordundan söz gedə bilməz. Qonşu ölkə Türkiyədə isə yutuberlər dövlətə vergi ödəmədən milyonlarla lirə pul qazanırlar. Məsələn, Kerimcan Durmaz aya 350 min TL, təxminən 92 min dollar qazanır. Amma bizdə buna görə, xəbərdarlıq belə etmədən bank hesabı avtomatik vergi çıxır. Halbuki, yutuberlərimizin aylıq gəliri çox azdır".
HƏMÇİNİN OXU: Azərbaycan telekanallarının Youtube-dan əldə etdikləri gəlir məlum oldu - MƏBLƏĞ
Youtube kanalından pul qazanma qaydalarına gəlincə isə mütəxəssis vurğulayıb ki, bunun iki yolu var: "YouTube platforması reklamlar ilə bağlı ciddi dəyişiklik edib. Yeni dəyişikliyə görə, "YouTube Partner Program"ına daxil olan kanallar reklam ala bilmək üçün 1000 abunəyə və 12 ay ərzində 4 min baxış saatına sahib olmalıdırlar. Daha öncə isə kanalın "YouTube Partner" Proqramına daxil olması üçün ümumilikdə 10 min baxış sayı tələb olunurdu. Yəni, müəyyən ay limiti yox idi.
Youtube portalından gəlir əsasən reklam və tərəfdaşlıq proqramı və ya sponsorlar vasitəsilə qazanılır. YouTube-da izlədiyimiz bütün reklamlar onları yerləşdirən şəxslərin pul qazanması üçündür. Hər reklama daxil olduqda hesaba vəsait köçürülür. YouTube-da şəxsi kanalı olanlar yalnız Youtube platforması reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Amma ölkəmizdə bu portaldan pul qazanmaq heç də asan deyil. Kiçik ölkə olduğumuz üçün digər dövlətlərlə müqayisədə az "kafisent" qoyulub. Amerikada reklama olan 1 klik 1 dollardan cox hesablanır, amma bizdə bu göstərici 1 dollardan da azdır. Göründüyü kimi, istifadəçinin qazancı daxil olma sayından asılıdır".
Bəs, "YouTube"da pul qazanmaq niyə çətindir?
"Çünki Youtube əsasən baxış sayı çox olan kanallara reklam verir. Yəni, hər kanalı olan şəxs Youtube-dan reklam ala bilməz. Videolara baxış sayı çox olduqda Youtube həmin kanallara reklam üçün videolar verir. İzləyicilər reklamı bağladıqları təqdirdə kanal sahibinə heç bir qazanc qalmır. YouTube-dakı reklamların da növləri var. Məsələn, gəlir daxil olma sayına görə də hesablana bilər, videoya sonadək baxılma şərti də qoyula bilər. Bu yolla reklam videosunun məcburi sonadek izlənilməsi funksiyası da aktivləşdirila bilər. Videolar mütləq özünüzə məxsus olmalıdır ki, sonradan kanal şikayətlə bağlanmasın".
Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanda ən çox gəlir qazanan kanallar şou-biznes əhlinə aid olan xəbərləri paylaşan kanallardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə