Yunanıstan ölüm ayağında...

Ölkədə 2-3 aydan sonra dərman tapılmayacaq




Yunanıstandakı iqtisadi böhran bu ölkənin dərman bazarına da mənfi təsir göstərib. "Sherg.az” "fr.euronews.com”-a istinadən xəbər verir ki, artıq aptek laboratoriyaları da bu faktı təsdiqləyiblər. Etiraf ediblər ki, vəziyyət bu cür davam edərsə, əhalini dərmanlarla təchiz etmək müşkülə çevriləcək:

"Yalnız 3, 4 ay ərzində ölkəni dərmanla qismən təmin etmək olar. Bu müddət başa çatdıqdan sonra artıq ölkənin dərman anbarları boşalacaq. Bu da səhhətində problem olan insanların durumunu daha da ağırlaşdıracaq. Hətta ölüm hallarının sayının artmasına da gətirib çıxara bilər”.

Gorgi Sahulia adlı əczaçı bildirib ki, dərman preparatlarının satışında durğunluq yaranıb: "Sakinlər yalnız əsas məhsulları alırlar. Çünki ölkədə yoxsulluq və səfalətdir”.

Kardioloq İlias Sioris də söyləyib ki, dərman qıtlığı bu ölkədəki xəstəxanalarda da müəyyən problemlər yaradıb: "Hətta 2-3 aydan sonra ölkədə dərman tapılmayacaq. Ona görə də əksər xəstəxanalar indidən fəaliyyətini dayandırmaq istəyir. Bankların bağlanması vəziyyəti tamamilə qəlizləşdirdi”.

Ayyət Əhməd