Zakir Həsənov Türkiyənin müdafiə naziri ilə görüşdü
13:58 28.09.2017
Arxiv
611
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayaraq general-polkovnik Z.Həsənov N.Caniklini Türkiyənin Milli müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək onun ilk rəsmi səfərinin məhz ölkəmizə etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib.
Nazir bildirib ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan türkiyəli nazir dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya