“Zaur Kamalın dövlət səviyyəsində aparılan siyasətdən xəbəri yoxdur?”
07:39 18.11.2017
Arxiv
1488
Aparıcı Zaur Kamal 15 yaşlı qıza elçiliyə gedib. Verilişi az-çox izləyənlər bilir ki, onun apardığı verilişdə elçilik rubrikası var. Zaur Kamal rubrika gərəyi elçiyə gedib. Amma reytinq qazanmaq istədiyi yerdə, qanun pozuntusuna yol verib.
15 yaşlı qıza elçilik etməklə Ailə Məcəlləsinin maddələrini pozub. Bu isə birbaşa qanun pozuntusudur.
Qızın anası isə qonaqların gəlişinə etiraz edib. 15 yaşlı qızın anası elçiliyə qarşı çıxaraq: "Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir” deyib.
Bildirilir ki, Z.Kamal elçiliyə ağsaqqal kimi gitara ifaçısı Rəmişi (Rafiq Hüseynov) də özüylə aparıb. Guya ki, Rəmişə xatir qız evi elçilərə "hə” cavabı verəcəkmiş. Amma işlər tərsinə gedib. "Elçilər” nəinki "hə” cavabı alıb, üstəlik, aparıcının bu addımı tənqidə və haqlı narazılıqlara səbəb olub. Qısası, "elçilər” başlarına əməllicə bəla açıblar.
Reaksiyalar da özünü çox gözlətməyib. Həm rəsmi qurumlar, həm də ictimai təşkilatlar aparıcının bu hərəkətinə sərt təpki göstərib.
Aparıcı Zaur Kamalın 7-ci sinif şagirdinə elçi getməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib. Lent.az-ın məlumatına görə, dövlət komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov sosial şəbəkədə qeyd edib ki, faktla bağlı tədbir görülür.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova feysbuk səhifəsində Zaur Kamalın hərəkətini tənqid edib:
"Eşitdim, "5-də 5” verilişində erkən nikah təbliğ edilib. Qadın təşkilatları niyə susur? Ölkədə erkən nikahlarla bağlı bu qədər iş görüldüyü, mübarizə aparıldığı bir vaxtda Zaurun dövlət səviyyəsində aparılan bu siyasətdən xəbəri yoxdur? Yoxsa, şoularını qanundan yüksəkdə tutur?!.”
Nikaha daxilolma üçün qanunla 18 yaş müəyyənləşdirildiyi halda aparıcı Zaur Kamal 15 yaşlı qıza elçiliyə gedib. Yəqin ki, buna qarşı qanunla da ölçü götürüləcək. Hər halda buna ümid edirik.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə