“Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” – Yeni kitab
16:03 30.07.2018
Arxiv
1258
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitaba bu institutun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudov "Tarixşünaslığımıza qiymətli töhfə” adlı ön söz yazıb. Xüsusi vurğulayıb ki, Cümhuriyyətimizin və azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilən, müəllifin çoxillik elmi tədqiqatlarının yekunu olan monoqrafiya xalqımızın ümummilli lideri Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalmış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı yazılması vəzifəsinin davamlı olaraq icrasına və dövlətimizin başçısı İlham Əliyevin müvəqqəti itirilmiş tarixi torpaqların Azərbaycana məxsus olmasını sübut edən elmi əsərlərin yazılması barədə çağırışlarına real cavabdır.
Monoqrafiyada bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin son iki yüz illik tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb.
Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də əks olunub. Xristian təəssübkeşliyi ilə siyasət yürüdən böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla açılıb.
Kitab dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan torpaqlarında qurduğu Ermənistan adlanan dövlətin regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu sübut edən elmi ittihamnamədir.
"QHT nəşriyyatı”nda işıq üzü görən, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 240 səhifəlik monoqrafiyada müxtəlif dillərdə 300-dək mənbəyə istinad edilib. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri də kitabda yer alıb.
Qeyd edək ki, QHT sədri, zengezur.com saytının təsisçi və baş redaktoru Hacı Nərimanoğlunun bundan əvvəl də Zəngəzur bölgəsinin tarixinə dair dörd kitabı nəşr olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya