Zərdüşt Əlizadə:"Astan Şahverdiyev DÜZ DEYİR, biz "otxot"uk, o isə qaymaq"- İRONİYA





"Millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıları "otxot" adlandırması onu göstərir ki, Azərbaycanda bəzi deputatların siyasi mədəniyyəti yoxdur". 

Bu sözləri Sherg.az-a politoloq Zərdüşt Əlizadə söyləyib. 

Onun sözlərinə görə, A. Şahverdiyev kimiləri Azərbaycanın pullarını yeyir, kasib təbəqə isə "otxot" kimi Rusiya , Ukrayna və digər Asiya ölkələrə atılır:

"A. Şahverdiyev düz deyir. Biz "otxot"uk. Kasiblar "otxot"dur. A. Şahverdiyev isə bu xalqın qaymağıdır. Bir onun sifətinə baxın. Üz-gözündən dərrakə "yağır"".

Qeyd edək ki, ötən günlərdə millət vəkili Astan Şahverdiyev müsahibələrinin birində Rusiyada yaşayan azərbaycanlıları "otxot" adlandırıb.

Ayyət