Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik - Karapetyan

Əsas məsələ Şəki kəndinə soxulan və erməni Ani Avetisyanı yaralayan Azərbaycan əsgəri Nəsimi Musayevin bütün vasitələrlə Bakıya ekstradisiya edilməsinin qarşısını almaqdır.

"Sherg.az" Axar.az-a istinadla xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında deyib.

“Dövlət açıq şəkildə bildirməlidir ki, azərbaycanlı əsgər öz vətəninə ekstradisiya olunmayacaq”, - o bildirib.

Qeyd edək ki, azərbaycanlı əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.