Peskov: Rusiya Litvanın nüvə silahı planlarına qarşı təhlükəsizlik tədbirləri görəcək

Rusiya Litva ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması halında öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.

Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva öz təhlükəsizliyinin zəmanətli şəkildə təmin olunması üçün bütün zəruri addımları atmağa məcbur olacaq.

Qeyd edək ki, Litva hakimiyyəti 2027-ci ilin əvvəlində ölkə Konstitusiyasından Litva ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müddəanı çıxarmağı planlaşdırır.