Zülfiyyə Hüseynova: "Haqqımı halal etməyəcəm"
12:53 23.04.2014
Arxiv
682
Cüdo üzrə 9 qat dünya çempionu nazir Azad Rəhimovun iddialarına cavab verib
Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun "Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? açıqlamasına cavab verib.
Bu haqda ANS PRESS-ə danışan xanım idmançı, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiq olduğunu bildirir: "SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir.Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm?”
Zülfiyyə Hüseynova bildirib ki, istərdi ki, cənab nazir bu materialı oxuyub nəticələrimi bilsin. Sabiq cüdoçu Azad Rəhimovu üzbəüz teledebata da çağırıb: "Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? ANS TV-də debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, "bəsdir, haqq-ədaləti boğursunuz”. Heç olmasa utansınlar bu sözdən. Onsuz da gec-tez haqq ədalət yerini tutacaq. Mən demirəm ki, mənə məxsus olmayanı versinlər. Mən sadəcə öz haqqımı, haqqım olanı istəyirəm. Nazirlikdən də, federasiyadan da haqqımı yeyirlər. Mən uşağımı nəmişli, rütubətli evdə böyüdürəm. Dövlət başçımıza bununla bağlı neçə dəfələrlə məktub yazmışam. Amma məktublarım nədənsə ona çatmır. Çünki tapşırıq, göstəriş belədir. Mənə deyirlər ki, gömrükdə işləyirsən. Nə olsun? Gömrükdə işləyirəm deyə mənim başımdan pullar tökülür bəyəm? Yox! Mən sözü düz üzə deyirəm. Allahdan başqa da heç kimdən qorxum yoxdur. Mənim haqqımı verməyənlərə haqqımı halal etməyəcəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət