"10 ildir ki, məktəb psixoloqlarının varlığını, fəaliyyətini görmürük" - Lalə Mehralı
08:59 04.11.2023
Cəmiyyət
714
"Onlar məktəblərə gəlmir, yalnız ştatda adı gedir. Maaşı kim və hansı əsaslarda aldığı barədə məlumat yoxdur"
"Məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır".
Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə neqativ təsir göstərir: “Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bulinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada, məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar. Lakin təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir”.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, təhsil müəsisələrində psixoloq və sosial işçilər məhsuldar işləmir:
"Bir məktəbdə 1 və yaxud 2 psixoloq ştatı olur. 10 ildir ki, valideyn olaraq bu günə qədər psixoloqun varlığını, fəaliyyətini, faydasını görməmişəm. Onlar məktəblərə gəlmir, yalnız ştatda adı gedir. Maaşı kim və hansı əsaslarda aldığı barədə məlumat yoxdur. Bu araşdırılmalıdır. Artırılana qədər mövcud olan ştatların da fəaliyyəti yoxlanılmalıdır. Məktəblərdə ölüm, yaralama, intihar, qısnama hadisələri baş verir. Heç bir zaman psixoloqların şərhini, fəaliyyətini, görə bilmirik. Onlar işləmir və yaxud fəaliyyətləri məhdudlaşdırılır? Təbii ki, bu məsələ sual altındadır. Məktəb rəhbərləri, komitə, deputatlar bir sözlə, vəzifəli şəxslərin əksəriyyəti uşaqların vəziyyətində ailələri qınayır ".
Sosioloq qeyd edib ki, valideynlər övladlarını təlim və tərbiyyə almağa göndərir:
"Uzun illərdir ki, məktəblər tərbiyyə vermir. Tədris də repititor olmadan acınacaqlı səviyyədədir. Adını da "problemli uşaqlar" qoyublar. Cəmiyyətdə problemli uşaqlar hardan yaranır? Hər bir şeyi valideynin üzərinə atmaqla məktəb və nazirlik məsuliyyətdən yaxa qurtara bilməz. Məktəbdə bu istiqamətdə iş aparılmalı, sosial layihələr həyata keçirilməlidir. Hec bir təhsil müəsisəsində psixoloqlar öz şagirdləri arasında araşdırma, hesabat , statistika hazırlamır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya