Kitablardan qaçırıq: İndi həyatımız 1 saniyədən aslıdır


 Hazırda həyatımızın 90 faizini təşkil edən texnoloji alətlər beynimizin də bir o qədərini təşkil edi. Heç düşündünüzmü bəlkə də bizə müasir dünya, inkişaf, texnologiya adıyla satılan və marağımızı sonsuz çəkən bu alətlər bəlkə də sırf bizim üçün qurulmuş tələ idi? Biz gənclər zamanımızın çoxunu boş yerə orda keçirək və dünyadan xəbərimiz olmasın. Manipulyasiya edilirik əslində hamımız
.

Əlimizdə tutduğumuz, yeri gələndə ölümə səbəb olan bu alətlərdən qurtulmaq nəyə görə bəs bu qədər çətin idi? Çünki biz sevirik hər şey hazır olsun. Telefonda mesajlaşma olmasa, hər birimiz vacib xəbərləri poçtla göndərərdik. Telefonda kitablar olmasa, hər birimiz məcbur axtarıb tapacaqdıq.  Əslində yaşayış tərzindən asılı olaraq çox şey saymaq olar . Yəni istər-istəməz hərəkət edəcəkdik. İndi adi bir həyətə düşmək də bizə problem kimi görünür. Niyə düşək ki? İnternetdən saysız-hesabsız mənzərə şəkillərinə də baxıb dincələ bilərik, elə deyil? Deyil. Günlərlə, həyəcanla güzgü qarşısında məşqləri gedən sevgi etirafları artıq bir mesaja baxır. Həyəcanla gözlədiyin o məktubun cavabı artıq 1 saniyəyə səndədi. Yalan-gerçək hər sözə sosial mediada aldana bilərsən . Əslində kitablar yalan  danışmaz. Sadəcə öz fikrini söyləyər. Sabit fikri olmayan ya onlardan birini seçər, ya da özünə yeni bir ideya tapar. Amma sosial həyat belə deyil, adi pis bir sözə görə canına qıyan nə qədər gənc insan olub. Sırf internet üzərindən linc yeyirlər. Məncə, bir insan dünyaya gəldikdə ailəsi ona sadəcə münbit bir torpaq verə bilər. Orada hansı şəxsiyyətin  toxumları cücərəcəyini isə cəmiyyət seçər. Amma indi belə deyil, o toxumları internet seçir. Nə qəribədi, elə deyil? Sırf klavyaturaya toxunan barmaqlarla danışırsan. Amma həyatda bir yerdə gülüb-ağlamağın dadını bilmirsən. Bəlkə də minlərlə gülmək işarəsi ata bilərsən, amma xoşbəxt deyilsən. Bəli, mən özüm də bu platformanın qurbanıyam bəlkə də. Darvin demiş: "Sadədən mürəkkəbə doğru".
Ulduz Həsənova,BDU-nun biologiya fakültəsininI kurs tələbəsi