Mal tövləsi hərraca çıxarıldı

Şirvan şəhərində mal tövləsi satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bu məqsədlə tövlə sahibi Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib. Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşən tövlənin ümumi sahəsi 987.5 kvadrat metrdir.

Tövlə üçün müəyyən edilən ilkin satış qiyməti 20.000 manatdır.

Mal tövləsinin özəlləşdirilməsi məqsədilə keçiriləcək hərrac 24 sentyabr tarixində Şirvan şəhərində baş tutacaq