“Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun özünün Facebook səhifəsində yazdığı kimi AXCP sədri Əli Kərimlinin siyasi bioqrafiyası çoxdan bitib və o indi adi blogger kimi maraq doğurur”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Ə.Kərimlinin son aylardakı fəaliyyətinə nəzər saldıqda görürük ki, adam siyasi partiya sədri meyarından çoxdan uzaqlaşıb:
“Təxminən 30 ilə yaxın bir müddət ərzində davam edən uğursuz müxalifətçilik karyerası AXCP sədrini həm siyasi fiqur kimi, həm də bir insan kimi yorub. Əli Kərimli sözün həqiqi mənasında tükənib. Son ümid yeri isə blogerlikdir. Suda boğulanın saman çöpündən yapışması məsəlindəki kimi indi Əli Kərimli də blogerlikdən yapışıb. Onun son vaxtlar yaxın tariximizi təhrif etməsi, Ziya Bünyadov, Fətulla Hüseynov, jurnalist Rasim Əliyev kimi tanınmış şəxslərin qətllərinə görə, mövcud iqtidarı suçlaması məhz blogerlik fəaliyyətinin təzahürüdür. Bütün bunlar da öz növbəsində insanların diqqətini müxalifətin siyasi proseslərdəki uğursuzluqlarından yayındırmağa xidmət edir.
Bu uğursuzluq sindromu istər Əli Kərimlinin özünü, istərsə də onun cəbhədaşlarını, "Milli Şura"dakı tərəfdaşlarını getdikcə daha da aqressivləşdirir, radikallaşdırır. AXCP sədrinin Azərbaycanın 7 rayonunun işğal olunmasını və Hacı Məmmədov bandasının törətdiyi silsilə qətlləri iqtidarın ayağına yazmaq cəhdləri məhz sözügedən aqressivləşmənin nəticəsidir”.
Ekspert vurğulayıb ki, bir siyasətçi radikal müxalifətçiliyin ifrat nöqtəsinə çatdıqda məsuliyyət hissini itirir və yeri gəldi-gəlmədi sağa-sola cürbəcür ittihamlar səsləndirməyə başlayır:
“Əli Kərimli belə bir psixoloji affekt nöqtəsindədir. Amma tövsiyyə edərdim ki, əvvəlcə getsin özünün də təmsil olunduğu və dövlət katibi portfelini daşıdığı AXC-Müsavat iqtidarı dönəmində baş verən özbaşınalıqların hesabatını versin.
Biz onların bir illik hakimiyyəti dövründə baş verən polis özbaşınalıqlarını, küçə atışmalarını, o vaxtkı daxili işlər nazirinin hərbə-zorbalıqlarını hələ də unutmamışıq. Ə.Kərimlinin AXC-Müsavat iqtidarı dönəmində baş verən özbaşınalıqları görməzdən gələrək, son 26 ildə ölkədə “üstü açılmayan cinayət işlərini” sadalamağa başlaması Sevinc Osmanqızının Yutub izləyicilərini çaşdırmaqdan başqa bir şey deyil.
Əlbəttə, Əli Kərimli Osmanqızının simpatizanlarını, izləyicilərini çaşdıra bilər. Amma son 30 ilin siyasi proseslərinə yaxşı bələd olan şəxsləri isə əsla aldada bilməz”.
“Əli Kərimlinin son ümid yeri blogerlikdir”
18:55 04.09.2019
Cəmiyyət
649
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
13:00 11.01.2025
Ekologiya
Ankaradan Ukrayna ilə bağlı açıqlama
12:40 11.01.2025
Dünya
Bələdiyyə seçkilərində 16 128 namizəd mübarizə aparacaq
12:06 11.01.2025
Siyasət
Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin çapına başlanılıb
11:51 11.01.2025
Siyasət
Masallıda 30 yaşlı qız zəhərlənərək öldü
11:33 11.01.2025
Hadisə
Bu ölkə Rusiyadan Su-57 qırıcıları alır
11:17 11.01.2025
Dünya
Göyçayda “BMW” piyadanı vuraraq öldürüb
10:28 11.01.2025
Hadisə
Bu şəxslərə yeni mənzillər veriləcək
10:12 11.01.2025
Sosial
Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
10:00 11.01.2025
Hadisə
Baltikdə kabel təxribatı: NATO iki gəmi göndərir...
09:32 11.01.2025
Dünya
Azərbaycan XİN ABŞ-a başsağlığı verib
09:18 11.01.2025
Siyasət
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib
09:06 11.01.2025
Siyasət
"O Səs Türkiyə 2025"-in münsif heyəti dəqiqləşib
06:05 11.01.2025
Şou
Rusiya 2 saatda 7 PUA-nı məhv etdi
04:37 11.01.2025
Hərbi
Televizor bir yaşlı uşağı şikəst etdi
03:43 11.01.2025
Hadisə
Bu pendir yaddaşı gücləndirir
02:38 11.01.2025
Sağlamlıq
Bayden Los-Anceles yanğınlarını müharibə zonası ilə müqayisə edib
01:55 11.01.2025
Gündəm
Bayden və Zelenski arasında telefon danışığı baş tutub
01:43 11.01.2025
Dünya
Ağ Ev: Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil
01:27 11.01.2025
Siyasət