Amerikan şirkətinin ən kiçik ölçülü kamerası dünya rekordları sırasına daxil edilib.
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, onun ölçüsü bir millimetrdən də balacadır. Eyni zamanda kameranının üstünlüyü ondan ibarətdir bu kamera insanın daxili orqanlarını da çəkə bilir.
Düyü dənəciyindən də balaca olan kameranın uzunluöu 0,575, eni isə 0,232 millimetrdir.
Bu kamera oktyabrın 22-də Ginnesin Rekordlar Kitabına daxil olub. 200x200 piksel gücə malikdir.
Bu kameradan onurğa sütununun yoxlanılmasında, oftalmologiya, kardiologiya, ginekologiya və urologiyada istifadə oluna bilər.