Şamaxıya işləməyə getdi, yoxa çıxdı

Bakıda gənc itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Noyabrın 13-də 1997-ci il təvəllüdlü İsayev Pərviz Seyidəli oğlu Şamaxı rayonuna işləmək üçün getdiyini bildirərək, evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun atası müraciət edib.

Faktla bağlı araşdırma aparılır.