BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO


Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.
"Sherg.az" oxu.az-a istinadən bildirir ki, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.
BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.
Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.