Bakıda torpaq sürüşməsi bu əraziləri susuz qoydu

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub. 

Bununla baölı Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilibş

Bildirilib ki, həmin ərazidən keçən  500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. 

Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.