Kirayə mənzillər əlçatan olmalıdır: Evə ən çox ehtiyacı olanlar gənclərdir

“Evə ən çox ehtiyacı olanlar aztəmianatlı gənc ailələrdir. Azərbaycanda belə ailələr kifayət qədər çoxdur. Bu, o deməkdir ki, müraciət edənlərin də sayı az olmayacaq".

Bu sözləri Sherg.az açıqlamasında kirayə mənzillərin əhəmiyyətini qiymətləndirən, əmlak eksperti Nüsrət İbrahimov deyib. 

Onun sözlərinə görə, çalışmaq lazımdır ki, aztəminatlı gənclərin hamısı evlə təmin olunsun:

"İstənilən halda müsbət təşəbbüsdür və birbaşa olaraq ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Elə sistemləşdirmək lazımdır ki, insanlar kirayə mənzildən rahatlıqla yararlana bilsinlər”.


 
Qeyd edək ki, kirayə mənzillərə müraciət gələn ayın ikinci yarısından başlayacaq. Bu haqda İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib ola biləcəklər. Mənzili kirayə edən vətəndaşın aylıq ödənişləri evin xərcindən çıxılacaq.

Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.

Kənan Novruzov